23

Azərbaycan Hava Limanları
Azərbaycan Hava Limanları
360° terminal
Xəbərlər

13 sentyabr 2018-ci il, Bakı – Sentyabrın 13-də Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilmişdir.

 

Müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.

 

AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd etmişdir ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırmışdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğrultmuşdur və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

 

Öz növbəsində, “Buta Airways” (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirmişdir ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olmuşdur. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açmışdır. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.

 

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulamışdır ki, AZAL, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilmişdir.

 

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq, bu il yüksək beynəlxalq səviyyədə tanınmışdır. Cari ilin 8 ayında Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil etmişdir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda “Silk Way West Airlines” yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni “Boeing 777-F” təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.

 

Cahangir Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olan yeni tipli “Boeing 737 MAX” и “Boeing 777-F” təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq vermişdir. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.

 

“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", deyə AZAL prezidenti bildirmişdir.

 

Cahangir Əsgərov qeyd etmişdir ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır: “Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

2018-09-13

Caspian Air Cargo Summit 2017 Bakıda 9-11 oktyabr tarixlərində “Boulevard Hotel”də təşkil olunacaq.

Bu beynəlxalq forum yük daşımaları sənayesi üzrə məsələləri müzakirə etmək və bazar üzrə mövcud ən perspektiv sahələri müəyyənləşdirmək üçün dünya üzrə tanınmış şirkətlərin rəhbərləri və icraedicilərini bir araya gətirəcək. 200-dən artıq nümayəndə sürətlə dəyişən biznes mühitində cari trendlər və proqnozları müzakirə etmək üçün iki-günlük müzakirələrə qatılacaqlar.

Silk Way  şirkətinin başlıca bazarlarda iştirakı sayı 10-dan çox olan Boeing 747 təyyarəsi ilə genişlənmiş və bütün yük daşıyıcılar həftəlik əsasda dünya şəbəkəsi üzrə 40-dan artıq istiqamətdə uçuş həyata keçirir.

Cargolux, SW Italy və Sky Gates Russia Airlines ilə 2016 və 2017-ci illər ərzində sıx əməkdaşlıq öz inkişafında önəmli uğur əldə etməyə yardım etdi.

Bütün qrupun məqsədi mövcud müştərilər ilə daha geniş biznes fəaliyyətlərini həyata keçirmək və eyni zamanda daha çox müştəri cəlb etməkdir və biz bu hədəfə nail oluruq.

2017-10-09

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

 

Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. 

 

Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər.

 

Bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirmişdir. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan etmişdirlər.

 

Həmçinin bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilmişdir. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirmişdirlər.

 

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul - Naxçıvan, İstanbul - Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva - Naxçıvan) və “Ural Hava Yolları” (Moskva - Gəncə, Moskva - Lənkəran, Moskva - Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

 

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən bizim regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildirmişlər.

2016-02-08
AWB Axtarışı