23

Sertifikatlar

Məqsədimiz sərnişinlərin sərnişinlərin rahatlığı və təhlükəsizliyini, onların baqaj və yüklərinin təhlükəsizliyini, təyyarələrin uçuşa peşəkar və etibarlı şəkildə hazırlanmasını, eyni zamanda ixrac, idxal və tranzit yüklərin operativ emalı və peşəkar saxlanmasını təmin etməkdir.

Bizim bu sahədəki uğurlarımızın arxasında sözsüz ki, səbəbi yerüstü xidmət üzrə işin yüksək keyfiyyətinin təminatı və təhlükəsizlik sahəsində ən tələbkar standartların işə tətbiq olunması ənənələri durur.

Xüsusən də öz fəaliyyətində SWGH aşağıdakılara əməl edir:

  • ICAO, IATA və digər beynəlxalq aviasiya təşkilatlarının standartları və tövsiyələri;
  • ISO 9001:2008 keyfiyyətin menecmenti sistemi üzrə beynəlxalq standartların tələbləri;
  • OHSAS 18001:2007 əməyin təhlükəsizliyi və sağlamlığın qorunması idarə sistemi üzrə beynəlxalq standartların tələbləri.
  • RA-3 qaydalarının (3-cü dünya ölkələri ərazilərindən AB-ə hava yolu ilə yük daşınmasının həyata keçirilməsi) tələbləri və Avropa Birliyi və Avropa Kommissiyasının ona əlavələri.

2014-cü ildə o, regionda İSAGO sertifikatı əldə edən ilk yerüstü xidmət şirkəti olur. İSAGO Hava Nəqliyyatı Assosiyasiyası (İATA) tərəfindən hazırlanan xüsusi bir proqramdır və əsasında şirkətlərin yerüstü xidmət və nəzarət sistemi proseslərinin idarə edilməsi sahəsində qəbul olunmuş beynəlxalq tələblər dayanır.

İSAGO sertifikatı yerüstü xidmətlər sahəsində şirkətin xidmətlərinin gələcək inkişafı məqsədi ilə qabaqcıl avia-şirkətlər ilə beynəlxalq əməkdaşlığın artırılmasına imkan yaradır.

  1. ISO-9001-2008
  2. OHSAS 18001:2007
  3. ISAGO
  4. RA-3
  5. IATA Ground Handling Council 2014.
ISAGO
ISO9001-2008
OHSAS18001-2007
RA-3