23

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

 

Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. 

 

Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər.

 

Bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirmişdir. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan etmişdirlər.

 

Həmçinin bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilmişdir. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirmişdirlər.

 

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul - Naxçıvan, İstanbul - Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva - Naxçıvan) və “Ural Hava Yolları” (Moskva - Gəncə, Moskva - Lənkəran, Moskva - Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

 

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən bizim regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildirmişlər.

2016-02-08

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polish low-cost aviaşirkəti WizzAir Budapeşt-Bakı-Budapeşt müntəzəm uçuşları bərpa etmək barədə razılığa gəliblər.

Bu məqsədlə oktyabrın 28-də Bakıda bu uçuşlar WizzAir və Ground Handling Company arasında dair müqavilə imzalanıb.

Müqavilə Azərbaycan tərəfindən Ground Handling Company şirkətinin direktoru İlqar Ələkbərov, WizzAir  tərəfindən isə Şirkətinin baş direktoru və sədri Jozsef Váradi imzalanıb.

Sənədə əsasən, WizzAir 2016-ci ilin mart ayindan Budapeşt-Bakı-Budapeşt marşrutu ilə uçuşlara başlayacaq. Müqavilə 2019-ci ilin aprel ayında başa çatır.

Müqaviləyə əsasən, WizzAir aviaşirkəti bütün il ərzində həftədə bir dəfə, yayda isə həftədə iki dəfə uçuşları həyata keçirəcək.


2015-10-29
Azərbaycanın milli aviaşirkəti "Azərbaycan Hava Yolları» (AZAL) 8 aprel 2015-ci ildə yeni bir Boeing 787 Dreamliner təyyarə ilə Rusiyaya ilk uçuşunu reallaşdırdı.

AZAL MDB-də ilk dəfə Boeing 787 Dreamliner təyyarəsi ilə fəaliyyətə başlayıb. Bu təyyarə 2014-ci ildə əldə edilmişdir.

"Dreamliner"  "Bakı - Moskva" marşrutu ilə Moskva şəhərin  "Domodedovo" hava limanında endi 
2015-04-10