23

SWGH Bu Gün

Bu gün Silk Way Ground Handling müasir, çevik, uğurla və dinamik inkişaf edən bir müəssisədir. İATA tərkibində təyyarələrə yerüstü xidmət göstərilməsi üzrə Beynəlxalq Şuranın bir üzvü kimi 2000-ci ildən etibarən bu şirkət öz fəaliyyətini ciddi şəkildə ICAO, IATA və ECAC tərəfindən verilən qərarlar və tövsiyə olunan praktika nizamlayır. Olduqca qısa bir zaman ərzində bu şirkət yerüstü xidmətlər sahəsi üzrə qabaqcıl şirkətlər arasında öz layiqli yerini tutmuşdur.

Silk Way Ground Handling sərnişinlərin reysə qeydiyyatdan keçməsi və yerləşdirilməsi, baqaj xidmətləri, adi və təhlükəli yüklərin anbar emalı, salonun yığışdırılması və təyyarələrin kənardan yuyulması, salonun isidilməsi, buza qarşı emal edilmə, təyyarələrin itələnməsi və yedəklənməsi, uçuş üçün yeməklərin təchiz olunması və digər xidmətlər də daxil olmaqla, sərnişin və təyyarələrin yerüstü xidməti üzrə bütöv bir xidmətlər paketi təklif edir.

Biz indi bir liderik və inanırıq ki, gələcəkdə də bu mövqemizi saxlayacayıq.