23

Yük daşıma xidmətləri

Heydər Əliyev Beynəlxalq hava limanının ərazisində Bakı Yük Terminalının 2005-ci ildə tamamlanan tikintisi Azərbaycana Amerika və Avropadan Asiyaya və Asiyadan geriyə Amerika və Avropaya daşınan yüklər üçün yükboşaltma nöqtəsinə çevrilmək imkanı verdi, hansı ki, “İpək Yolu” layihəsinin ayrılmaz bir hissəsidir. Bu terminalın açılışı avtomatik olaraq Bakını bu rayonda vacib bir tranzit nöqtəsinə çevirməklə respublikaya gələn beynəlxalq yüklərin həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanı yaratdı. Birinci Bakı Yük Terminalının (BYT 1) binasının ümumi sahəsi 12 000 m² təşkil edir. Perronun ümumi sahəsi isə 163 000 m²-dir. Perron 4 ədəd Boinq-747 və ya AZ124 və 7 ədəd İL76 təyyarəsini yerləşdirmək imkanına malikdir.

2013-cü ilin may ayında İkinci Bakı Yük Terminalını (BYT 2) istifadəyə verməklə şirkət milli aviasiyanın da inkişafında vacib rol oynayan rəhbərliyin təstiq etdiyi sosial-iqtisadi inkişaf proqramına sadiqliyini növbəti dəfə sübut etdi.

BYT 2 ümumi sahəsi 12 800 m² təşkil edir. Burada iki qaldırıcı konveyer transporteri və paletləşdirilmiş yüklərin qəbul edilməsi və göndərilməsi üçün konveyer qapıları da daxil olmaqla 6 avtomat qapı quraşdırılmışdır. Terminalda 14 və 30 ton yük qaldırma potensialı olan tərəzilər də quraşdırılmışdır. Burada eyni zamanda 2 200 ton və ya 5 800 m³ paletləşdirilmiş yük saxlamaq olar. Mərkəzin ümumi yük dövriyyəsi gündə 1 200 ton və ya 7 000 m³ və ya ildə 430 min ton və ya 2 milyon 500 min m³ təşkil edir.

Regionda analoqu olmayan bu Yük Terminalında -18°-dən +20°-ə qədər xüsusi temperatur şəraiti tələb edən bütün növ tez xarab olan məhsullar, o cümlədən bitki və heyvan mənşəli məhsullar və dərman preparatları saxlamaq və emal etmək olar.

BYT 1 və BYT 2 texniki bazası bütün növ yüklərin saxlanması və emalını nəzərdə tutur və bütün növ gömrük xidmətləri və dünya standartlarına tam uyğun şəkildə yüklərin deklarasiya olunması və qapıdan qapıya çatdırılması ilə müştərilər üçün xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır.

BYT 1 və BYT 2 terminalları xüsusi növ yüklərlə iş üçün müxtəlif anbar məkanları, xüsusi və tez xarab olan məhsulların uzunmüddətli saxlanması üçün soyuducu və dondurucu kameralar, video müşahidə sistemi olan qiymətli yüklərin saxlanması üçün xüsusi yerlər, həmçinin müxtəlif kateqoriyalardan təhlükəli yüklərin saxlanması və emalı üçün anbarlar ilə təchiz olunmuşdur.

Yüklərin terminal daxili bütün hərəkətləri və onların düzgün yerləşdirilməsi “ANTWORKS” adlı kompyuter proqramı hesabına həyata keçirilir, hansı ki, yüklərin emalına sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bu proqram İATA tövsiyələri əsasında yaradılmışdır, hansı ki, ona artıq mövcud olan sistemlər ilə asan inteqrasiya olmaq imkanı verir.

Terminalların ərazisində tətbiq olunan mühafizə qaydaları yüksək təhlükəsizlik səviyyəsinə zəmanət verir. 150-dən artıq video müşahidə kamerası terminala, anbara, perronun və dayanacağın ərazisinə girib çıxan hər kəsə daim nəzarət edir. Anbara daxil olan və buranı tərk edən hər bir əşya rentgen skanerdən keçir və radiasiya səviyyəsi yoxlanılır. Aviasiya Təhlükəsizliyi İdarəsi təhlükəsizlik prosedurlarının düzgün yerinə yetirilməsinə nəzarət edir.

Avropanin avia-şirkətləri və yük operatorlarının Bakı Heydər Əliyev hava limanı ərazisində tranzit enişləri etməyə üstünlük verməsi faktı yalnız vaxt və yanacağa qənaət etməkdən deyil, həm də yüksək texniki imkanlardan, xidmətin keyfiyyətindən, o cümlədən Azərbaycan Respublikası hava məkanının təhlükəsizliyindən xəbər verir.