23

Yükün göndərilməsi proseduru

  1. Yük göndərən üçüncü mərtəbədə Müştəri Xidmətləri Şöbəsinə yaxınlaşır. Öz yük göndərmək niyyətini və son ünvanı bildirir.
  2. Şöbənin işçisi yük göndərənə nömrəsiz faktura (shipper’s letter of instruction) verir və onun əsasında yük anbara aparılır. Yük göndərən nömrəsiz fakturada aşağıdakı məlumatı yerləşdirməlidir: göndərənin adı və ünvanı, təhvil alanın adı və ünvanı, yükün növü (sample).
  3. Anbarda yük göndərən yükü anbardara təhvil verir, hansı ki, onun ölçülərini və çəkisini götürür, yerlərin sayını qeyd edir, bu məlumatları nömrəsiz fakturaya əlavə edir və onu möhürlə tamamlayır.
  4. Yük göndərən müştəri xidmətləri şöbəsinin pəncərəsinə yenidən yaxınlaşır və doldurulmuş və qol çəkilmiş nömrəsiz fakturanı onlara təhvil verir. Bu sənədin əsasında bizim işçilərimiz yük üçün aviasiya fakturasını doldurur və çap edir.
  5. Bu aviasiya fakturası ilə yük göndərən yükün gömrük qeydiyyatını keçir.
  6. Gömrük qeydiyyatından sonra aviasiya təhlükəsizliyi xidməti anbarda yükə baxış keçirir və aviasiya fakturasına müvafiq möhür vurur.
  7. Anbardar yükün qəbul olunmasını aviasiya fakturasının möhürünə görə təstiqləyir.
  8. Yük göndərən yenidən müştəri xidmətləri şöbəsinin pəncərəsinə yaxınlaşır. Şöbənin işçisi aviasiya fakturasında müvafiq lazımi möhürlərin olmasını yoxlayır və ödəniş hesabını çap edir.
  9. Yük göndərən 3-cü mərtəbədə yerləşən kassada hesabı ödəyir.

Yük göndərən – idxal

Yükün anbara daxil olduğu gündən yükün saxlanması xərci hesablanmağa başlayır.

Idxal olunan malın anbarda saxlandığı ilk 48 saat pulsuzdur.

Saxlanma xərci həmçinin ilk həftə sonu (şənbə və bazar günü) və rəsmi bayram günlərində hesablanmır.

Daha ətraflı məlumat üçün zəhmət olmasa Müştəri Xidmətləri Şöbəsi ilə əlaqə saxlayın.

Yükün qəbul edilməsi proseduru

  1. Yükün VST-a gəldiyi zaman həmkarlarımız sizinlə əlaqə saxlayacaq və aşağıdakılar da daxil olmaqla yük ilə bağlı tam məlumat verəcəklər:
  • Yükün çatdığı tarix
  • Avia-yük qaiməsinin nömrəsi
  • Yükün ayarları (bütün partiya və ya onun bir hissəsinin çatdırılması)
  • Yük partiyasında yerlərin sayı və yükün çəkisi
  • Yükü götürməyin mümkün olduğu gün və saat
  1. Sizin Terminalın nəzarət-buraxılış nöqtəsinə gəlməniz (şlaqbaumun yanında yerləşir), şəxsiyyətinizi təstiq edən sənəd göstərməniz (və ya notarial qaydada təstiq olunmuş etibarnamə) və VST əməkdaşına yük qaiməsinin nömrəsini deməyiniz tələb olunur.
  2. Birin girişdən Terminalı binasına daxil olub turniketdən keçməklə anbara doğru getməlisiniz. Daxil olarkən sizə siqnal jileti veriləcək.
  3. Yükün xüsusiyyətlərindən asılı olaraq siz aşağıdakılar kimi rəsmi prosedurları keçməlisiniz:
  • Anbarın içində ikinci mərtəbədə yerləşən ofisdə gömrük deklarasiyası yazmaq
  • Anbarın içində üçüncü mərtəbədə yerləşən ofisdə sanitar-karantin nəzarəti (heyvani və ya bitki mənşəli yüklər üçün)
  1. Bütün lazımi rəsmi prosedurları keçib gömrük rüsumlarını ödədikdən sonra siz yük qaimənizə müvafiq möhürlər vurulacaq.
  2. Bundan sonra anbardan çıxarkən siqnal jiletini təhlükəsizlik şöbəsinin işçisinə təhvil verib üçüncü mərtəbədə müştəri xidmətləri şöbəsinə yaxınlaşmalısınız.
  3. Müştəri xidmətləri şöbəsinin işçillərinə gömrük və (ehtiyac olarsa) sanitar-karantin xidmətlərinin qoyduğu möhürlər ilə avia-yük qaiməsini təqdim etməlisiniz.
  4. Bütün sənədlərin yoxlanmasından sonra Müştəri xidmətləri şöbəsinin işçisi bu mərtəbədə yerləşən kassada ödənilməsi üçün invoys çap edib verəcək.
  5. Invoysun ödənilməsindən sonra işçimiz sizə “Yükün çıxarılması talonu” təqdim edəcək, harada ki, terminal qapılarının nömrəsi və yükün alınması vaxtı qeyd olunur.
  6. Göstərilən vaxtda göstərilən qapılara yaxınlaşın, anbar işçisinə “Yükün çıxarılması talonu”nu təqdim edin və öz yükünüzü təhvil alın.
  7. Əgər yükün zədələnməsi və ya çatışmaması halı baş verərsə, anbar işçiləri iki tərəfin də imzaladığı müvafiq akt hazırlayır. Aktın tərtib olunmasından sonra hadisənin araşdırılması işlərinə başlanılır.

Yükün alınması üçün tələb olunan sənədlərin siyahısı:

Fiziki şəxslər üçün:

  • Şəxsiyyəti təstiq edən sənəd

Əgər yük alanı başqa fiziki şəxs təmsil edirsə, ondan notarial təstiq olunmuş etibarnamə alınır.

Hüquqi şəxslər üçün:

  • Şəxsiyyəti təstiq edən sənəd
  • Fiziki şəxsin adına verilmiş şirkət etibarnaməsi

Əlavə məlumat üçün +994 12 437-4757 nömrəsinə zəng edə bilərsiniz.