23

Yükün axtarılması

Müştərilər və ya avia-şirkətlər tərəfindən yazılı müraciətləri üzrə və ya rəhbərliyin göstərişlərinə əsasən axtarış qrupu işçiləri tərəfindən itmiş yük və ya poçtun axtarışına başlanılır. Müvafiq qaimələr, anbardakı mövqelər yoxlanılır, anbardarlardan izahat alınır, yükü göndərən hava limanı ilə əlaqə yaradılır və s. Əgər yükün boşaldılması zamanı anbarda yükün çatışmaması və ya itkisi qeyd olunarsa, belə hallarda lazımi baxış və növbəti axtarış tədbirləri görülür.

Eyni zamanda müştərilər tərəfindən çatdırılmış zədələnmiş yük və ya yükün itirilməsi ilə bağlı iddia və ya tələblər qaldırılarsa, nəzarət və axtarış işlərinə başlanılır. Müvafiq sənədlər olmadan yük daşınması hallarında axtarış qrupunun mütəxəssisi yük daşıyıcısı və göndərən və ya aralıq (tranzit) hava limanı ilə əlaqə saxlayır və verilən yük ilə bağlı sənədləri tələb edir.