23

Nailiyyətlərimiz

Öz təcrübəsi və mükəmməllik və inkişafa doğru korporativ cəhdləri hesabına Silk Way Ground Handling sərnişinlərin, təyyarə ekipajının, yükdaşıyan və yük qəbul edən tərəflərin komfort və rahatlığına təminat verən bir sıra əlavə üstünlüklərə malikdir.

  • Azərbaycanın aviasiya sənayesi sahəsində bütün səlahiyyətli orqanları ilə optimal danışıqlar bazası mövcuddur və bunun hesabına bizim müştərilərimiz bütün xidmət sahələri ilə öz işlərini “bir pəncərə” prinsipi üzərindən həyata keçirirlər, hansı ki, uçuşların həyata keçirilmə hüququnun əldə olunması, uçuş və gəliş slotlarının təşkilinin aparılması, uçuşların naviqasiya təminatı, təhlükəsizliyin, yanacaq doldurulmasının, uçuş üçün yeməklərin çatdırılmasını və s. təmin edir;
  • Xüsusi hazırlıq keçmiş yüksək ixtisaslı personal;
  • Sorğularınızın operativ emal olunması və hər bir müştəriyə fərdi yanaşma. Bizim komandamız sizin üçün ilin 365 və həftənin 7 günü, 24 saat fəaliyyət göstərir.

Hal-hazırda Silk Way Ground Handling təxminən 1 800 yüksək ixtisaslı kadrdan ibarət olan güclü bir komandaya malikdir, hansı ki, hər gün aşağıdakıları həyata keçirir:

  • 32 000 reysə
  • 3 milyon sərnişinə xidmət göstərir;
  • 100 000 tondan artıq yükü emal edir;
  • Aralarında dünyanın ... da olan 40 müxtəlif daşıyıcıya xidmət göstərir.

Silk Way Ground Handling şirkəti həmçinin müntəzəm və çarter yük reysləri üçün bütün növ xidmətlər təklif edir və bununla da Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə nəqliyyat koridorlarının əsas bəndi kimi əldə etdiyi reputasiyasını bərkitmiş olur. Şirkətin balansında MBD-dəki ən böyük və müasir terminalların da daxil olduğu iki yük terminalı vardır.

Terminalların gündəlik yük dövriyyəsi 300 ton təşkil edir, lakin potensial real yük dövriyyəsini bir neçə dəfə ötüb keçir. Anbarlar ən müasir avadanlıqla təchiz olunmuşdur və bu da imkan verir ki, eyni zamanda 10 təyyarə ilə gələn yüklər emal olunsun.