23

Sərnişin xidmətləri

Hazırda SWGH ildə 32 000-dən artıq uçuşa xidmət göstərir və 3 milyondan artıq sərnişin üçün yerüstü xidmət və uçuşların təşkili üzrə geniş spektrdə xidmətlər göstərir.

SWGH rahat, uğurlu və sakit uçuşların təşkil olunması üçün hər cür səy göstərir. Bizim vəzifəmiz uçuşun çətinliyindən, həyata keçirilməsi üçün verilən vaxtdan və marşrutdan asılı olmayaraq onun həyata keçirilməsini təmin etmək və müştəriyə kompleks xidmətləri təşkil etməkdən ibarətdir. Sərnişinlərə aşağıdakı xidmətləri göstərərkən bizim təcrübəli və xüsusi təlim keçmiş personalımızın əsas devizi tam diqqətli olmaqdır:

  • Sərnişinlər və baqajın qeydiyyatdan keçirilməsi
  • Perronda təyyarələrin hərəkətinin idarə edilməsi
  • Təyyarənin mərkəzinin uyğunlaşdırılması
  • Yüklərin təyyarəyə yüklənməsi və endirilməsi xidmətləri
  • Təyyarə salonlarının təmizlənməsi
  • Sanitar qovşaqlara xidmət göstərilməsi və su doldurulması
  • Təyyarələrin elektrik enerjisi ilə təmin olunması
  • Təyyarələrin isidilməsi
  • Qar və buzun təmizlənməsi, donmaya qarşı emal
  • Təyyarələrin çəkilməsi və itələnməsi
  • Perronda və hava limanının hüdudlarından kənarda sərnişinlərin daşınması
  • Təyyarələrə yük və poçtun çatdırılması
  • Aviasiya yanacağı doldurulması
  • Təyyarə salonuna yeməklərin çatdırılması
  • Müşaiyət olunmayan uşaqlar və xüsusi ehtiyacları olan sərnişinlərə xidmət göstərilməsi
  • Əlilliyi olan sərnişinlərə kömək göstərmək üçün xüsusi təlim keçmiş personal
  • Və digərləri