23

Baqajın axtarılması

Təəssüf ki, uçuş zamanı baqajın itməsi halları kifayət qədər tez-tez baş verir. Transfer aeroportunda məhdud vaxt ərzində baqajın bir reysdən digərinə yüklənməsinin nəzərdə tutulduğu transfer reysləri zamanı baqaj xüsusilə tez-tez itir.

 

İtmiş baqajın rəsmiləşdirilməsi proseduru

 

Sərnişin, təyinat aeroportuna uçub gəldikdən sonra öz baqajını almadığı təqdirdə, baqajın itməsi haqqında müvafiq sənədlərin rəsmiləşdirilməsi üçün, adətən baqajın verilməsi zonasında yerləşən baqaj axtarışı ofisinə (LOST & FOUND) müraciət etməlidir.

LOST & FOUND ofisində, uçub gəldikdən sonra təyinat aeroportunda sərnişinin öz baqajını almadığını təsdiq edən sənəd – PİR (Property İrregulation Report) tərtib edilməlidir. Bu sənəddə sərnişinin S.A.A., uçuş marşrutu, itmiş baqaj haqqında məlumatlar (yerlərin sayı, çəkisi, baqaj birkalarının nömrələri, baqajın fərqləndirici əlamətləri, sərnişinin əlaqə telefonu, baqajın çatdırılacağı ünvan və s.) göstərilir.

 

İtmiş baqajın axtarışı proseduru

 

PİR tərtib edildikdən sonra itmiş baqajın axtarışı prosesi başlanır.

Bir qayda olaraq, itmiş baqajın axtarışı prosesi 100 gün ərzində aparılır.

Daha ətraflı məlumatı Siz, aşağıda göstərilən nömrəli telefonlarla əlaqə saxlamaqla ala bilərsiniz.

 

Lost and Found

Department:

e-mail:                        lostandfound@swgh.az

Phone:                       99 412 497 2600 ext.7851/7951